Gündüz Abbaszadə: "Mahirin ailəsinin təhqir olunması..."

Gündüz Abbaszadə: "Mahirin ailəsinin təhqir olunması..."

Ötən gün keçirilən "Qəbələ" - "Neftçi" oyununa Mahir Şükürovun hərəkəti damğa vurdu. Belə ki, azarkeşlər tərəfindən söyülən futbolçu onlara orta barmağını göstərməklə cavab verdi.

Bununla bağlı Fanat.az-a açıqlama verən "Neftçi"nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə futbolçunun hərəkətinin qəbul edilməz olduğunu bildirdi. Klub rəsmisi həmçinin Mahirin ağır söyüşlərlə təhqir olunduğunu da qeyd etdi: "Mahirin bu hərəkətinə qətiyyən haqq qazandırmaq istəmirəm. Peşəkar futbolçu nə olursa-olsun belə hərəkət etməməli idi. Amma Mahiri qınayanlar özünü bir anlıq onun yerində təsəvvür etsin. Orda təkcə futbolçumuz yox, klubumuz da söyüldü. Futbolda hər şey ola bilər. Amma bu heç kimə futbolçunun ailəsini, qohumlarını təhqir etmək haqqı vermir. Onlar Mahirin özünü söysəydi, ona haqq qazandırmaq üçün heç bir söz deməzdim. Futbolçunun ailəsinin təhqir olunması qəbulolunmazdı".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər