Güləşçi özündən 3 qat ağır rəqibini yendi - FOTOLAR

Güləşçi özündən 3 qat ağır rəqibini yendi - FOTOLAR
Türkiyədə keçirilən yağlı güləş yarışlarında maraqlı hadisə baş verib. fanat.az xəbər verir ki, bir güləşçi özündən 3 qat ağır rəqibini mübarizədən kənarlaşdırıb.
Belə ki, Zonquldakın Alaplı qəsəbəsində keçirilən 27-ci Alaplı Yağlı Pəhlivan Güləşləri yarışında 15 yaşında, 50 kiloqram ağırlığında və 1 metr 60 santimetr boyunda olan Zeki Aslantın 14 yaşında, 150 kiloqram ağırlığında və 1 metr 97 santimetr uzunluğundakı Emre Günayla qarşılaşıb. Hər kəs Emrenin rəqibinə asanlıqla gələcəyini düşünsə də, bunun əksi baş verib. Döyüş 30 dəqiqə baş verib və rəqiblərdən heç biri digərinin çiynini yerə vura bilməyib. Bu zaman hakimlər xallara görə qalibi müəyyənləşirib və 50 kq çəkisi ilə 150 kiloluq adamla 30 dəqiqə güləşən Zeki Aslantın qalib elan olunub.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər