Georgi Çixradze "Qəbələ" ilə oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Simurq"un gürcü baş məşqçisi komandasına təşəkkür edib:
"Oyuna yaxşı başladıq. Rəqibimiz çempionatın liderlərindəndi, güclü komandadı. İlk hissədə aldığımız qırmızı vərəqə bizi müdafiədə oynamağa məcbur etdi. Azlıqda qalmağımıza baxmayaraq, komanda yaxşı oynadı. Əsasən əks-hücumlara bel bağladıq. İkinci hissənin sonlarına yaxın isə qol buraxmamaq haqqında düşünürdük. Komandama mübarizəyə görə təşəkkür edirəm".
Qeyd edək ki, "Simurq" - "Qəbələ" oyunu 0:0 hesabı ilə başa çatıb.