Foqts: "Mən onun meneceri deyiləm"

Foqts: "Mən onun meneceri deyiləm"
Berti Foqts Almaniyanın "Kayzerslautern" klubunun ikinci komandasında çıxış edən Rüfət Dadaşovun karyerasını Azərbaycanda davam etdirməsi ilə bağlı suala cavab verib. Fanat.az xəbər verir ki, alman çalışdırıcı futbolçunun meneceri olmadığını bildirib.
Foqtsun "Rüfət Dadaşov Azərbaycan Premyer Liqasında oynaya bilər" sualına cavabı belə olub: "Mən oyunçunun meneceri deyiləm. Bəs siz onu həqiqətən Azərbaycan Premyer Liqasında görmək istəyirsiz?".
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər