Foqts Əmircanovu qaytardı, əvəzedici komandaya üz tutdu

Foqts Əmircanovu qaytardı, əvəzedici komandaya üz tutdu

DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 11-də Şimali İrlandiya, oktyabrın 15-də isə Rusiya yığması ilə qarşılaşacaq və bu oyunlara hazırlıq məqsədi ilə oktyabrın 5-dən 15-dək Bakı şəhərində təlim-məşq toplanışı keçirəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb. Fanat.az xəbər verir ki, baş məşqçi Berti Foqts 25 futbolçuya dəvət göndərib. Daha 5 futbolçu isə ehtiyat heyətə salınıb.

Foqtsun siyahısında 5 legioner yer alıb. Onlardan biri "Hannover 96"dan Ali Gökdemirdi. Son dövrlər yığmadan kənarda qalan futbolçu yenidən yada düşüb. "Eskişəhərspor"un əsas komandasından kənarlaşdırılan və əvəzedici heyətlə Türkiyənin A2 liqasında top qovan Ufuk Budak da milliyə dəvət alıb. Onlarla yanaşı, "Sivasspor"dan Cihan Özkara, "Kayzerslautern II"dən Rüfət Dadaşov və "Rubin"dən Ruslan Abışov da toplanışda olacaq.

İsraillə oyuna dəvət alan Elhad Nəziri və Ruslan Qurbanov bu dəfə yığmanın heyətində yer almayıb. Rüslandan fərqli olaraq, Elhad ehtiyat heyətə düşüb. Əvəzində uzun fasilədən sonra Ruslan Əmircanov və İsraillə oyunu cəzalı olduğu üçün buraxan Vaqif Cavadov yığmaya dönüb.

Qapıçılar: Kamran Ağayev (Bakı), Anar Nəzirov (Sumqayıt), Səlahət Ağayev (İnter).

Müdafiəçilər: Rəşad Sadıqov, Qara Qarayev, Maksim Medvedev, Bədavi Hüseynov (hamısı "Qarabağ"), Elnur Allahverdiyev, Vladimir Levin (hər ikisi "Qəbələ"), Rasim Ramaldanov (Xəzər Lənkəran), Mahir Şükürov (Neftçi), Ruslan Əmircanov (İnter), Ufuk Budak (Eskişəhərspor, Türkiyə), Ali Gökdemir (Hannover 96 II, Almaniya).

Yarımmüdafiəçilər: Araz Abdullayev, Rəşad Sadiqov (hər ikisi "Neftçi"), Əfran İsmayilov, Cavid Hüseynov (hər ikisi "Bakı"), Rahid Əmirquliyev (Xəzər Lənkəran), Ruslan Abışov (Rubin, Rusiya).

Hücumçular: Vaqif Cavadov (İnter), Vüqar Nadirov (Qarabağ), Rauf Əliyev (Bakı), Cihan Özkara (Sivasspor, Türkiyə), Rüfat Dadaşov (Kayzerslautern II, Almaniya).

Ehtiyat heyət:

İlkin Qırtımov - Simurq

Şəhriyar Əliyev - Bakı

Elhad Nəziri - İnter

Elvin Məmmədov - Bakı

Pərdis Fərcad-Azad - Sumqayıt

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər