Fatih Terimin "Qalatasaray"dan qovulması müzakirə mövzusu olaraq qalır. Fanat.az xəbər verir ki, klub rəhbərliyinin bununla bağlı keçirdiyi iclasın detalları yavaş-yavaş üzə çıxır.
Yayılan məlumata görə, iclasda İdarə Heyəti üzvlərindən yalnız Candan Erçetin Fatih Terimi müdafiə edib. "İmperator"un qovulmasına qarşı olan müğənni onun klubda saxlanılmasına çalışıb. Lakin İdarə Heyəti üzvlərinin fikrini dəyişə bilməyib. Hətta Ünal Aysal da iclasdan sonra ona "Canan xanım çox çalışdım, amma Fatih hocanı qurtara bilmədim" deyib.