Fatih Terimdən duyğusal açıqlama

Fatih Terimdən duyğusal açıqlama

“Qalatasaray”ın rəsmi saytı Fatih Terimin açıqlamasını yayımlayıb. Fanat.az xəbər verir ki, “İmperator” ləqəbli mütəxəssis milli komanda ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Terim “Qalatasaray”ı yarı yolda buraxmayacağını bildirib: “Qalatasaray”ı damarlarında hiss edən, hər zaman olduğu kimi “Qalatasaray”ı yaşayan və yaşamağa davam edəcək olan, türk futbolu və futbolun gələcəyi üçün özündən vaz keçməyə hazır biri olaraq öncəliklə 48 saatdı mediada yazılıb-cızılanı, bilib-bilmədən verilən şərhləri, niyyəti əvvəlcədən məlum olan nəticələri, sosial məcralarda danışılan hər şeyi yaxından izlədiymi hər kəsin bilməsini istəyirəm. Təbii ki, milli komanda ilə adının alınması hər türk məşqçi üçün qürur hissidi, hələ bu uzun illərini milli komandaya vermiş və “ay-ulduzlu” formanın uğuru üçün həm futbolçu, həm də məşqçi olaraq tər tökmüş biri üçün daha böyük qürur mənbəyidi. Həyatının hər anını ölkə futbolunun uğuru və gələcəyini inşa etmək üçün çalışaraq yaşayan biri olaraq ehtiyacı olduğunda şəxsiyyətimdən və etik qaydalardan vaz keçmədən yardımçı olacağımdan heç kimin şübhəsi olmasın. Ancaq özünü “Qalatasaray”a həsr etmiş və bu ailənin bir fərdi olmaqdan hər zaman qürur duymuş birinin “Qalatasaray”dan vazkeçəcəyinə inanmaq həqiqətdən çox uzaqdı. Keçmişdə olduğu kimi “Qalatasaray” məni buraxmadıqca, mən “Qalatasaray”ı buraxmayacam”.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər