Əvəzedicilərə 3500 manat cərimə

Əvəzedicilərə 3500 manat cərimə

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri əvəzedici heyətlərin çempionatının XIII və XIV turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib:

Əvəzedici heyətlərin XII turunun “Simurq”  - “Neftçi” matçında “Simurq” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur.

* Oyunun 85-ci dəqiqəsində “Simurq” klubunun 40 №-li futbolçusu Sərxan Abbaslı aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyun cəzalanır, klub 2000 manat cərimə olunur.

Əvəzedici heyətlərin XIII turunun “Qarabağ”  - AZAL matçında “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur.

Əvəzedici heyətlərin XIII turunun “Qəbələ”  - “Simurq” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər