Əşrəfoğluna 10, Hüseynov və Tsxadadzeyə 5 oyunluq cəza

Əşrəfoğluna 10, Hüseynov və Tsxadadzeyə 5 oyunluq cəza
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri Premyer Liqanın XIII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib:
“Bakı” - “Qarabağ” matçında “Bakı” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.
“İnter” - “Xəzər Lənkəran” matçının 79-cu dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən  meydançaya kənar əşya atıldığına görə klub 2000 manat cərimə olunur.
* Oyun başa çatdıqdan sonra stadionun dəhlizində “Xəzər Lənkəran” klubunun direktoru Yunis Hüseynov və “İnter” klubunun baş məşqçisi Kaxaber Tsxadadze bir-birini təhqir etdiklərinə görə hər ikisi 5 oyun cəzalanır, hər iki klub 5000 manat cərimə olunur.
Topaz Premyer Liqasının XII turunun  “Simurq” - “Neftçi” oyunu başa çatdıqdan sonra “Neftçi” klubunun rəsmisi Elnur Əşrəfoğlu Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovu geniş kütlə qarşısında təhqir etdiyinə və bu hərəkətini kütləvi informasiya vasitələrində də davam etdirdiyinə görə 10 oyunluq stadiona girişinə qadağa qoyulur, klub 20.000 manat cərimə olunur.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər