Elman Muxtarov: "O, bizim düşmənimiz idi"

Elman Muxtarov: "O, bizim düşmənimiz idi"

"Çox sevinirəm ki, 3-cü yer uğrunda Ermənistan idmançısına qalib gəldim. O, bizim düşmənimiz idi, mən heç zaman fikirləşmirdim ki, ona uduzacam". Fanat.az xəbər verir ki, bu sözləri "Bakı-2015" I Avropa Oyunlarında yunan-Roma güləşçilərinin yarışında bürünc medalı qazanmış Elman Muxtarov deyib.

Muxtarov qeyd edib ki, o əvvəlcədən bu idmançıya qalib gələcəyini düşünürmüş: "Erməni güləşçisi güclü idmançıdı. Bu idmançı Londonda Olimpiya Oyunlarında da güləşmişdi. Mən də fikirləşdim ki, inşallah qalib gəlməliyəm, başqa heç cür ola bilməz".

O eyni zamanda finala çıxa bilməməsinin səbəbini görüşləri arasında vaxtın azlığı və yorğunluğu ilə izah edib: "İlk görüşdə gürcü güləşçisi ilə görüşdüm. İkinci görüşüm Norveç idmançısı idi. O, çox güclü idi. Ona görə də çox yoruldum. 15-10 dəqiqə arasında növbəti görüşə çağırdılar. Ona görə finala çıxa bilmədim. İnşallah, gələn yarışlarda qızıl medal qazanacam".

Qeyd edək ki, bu gün yunan-Roma güləşçilərinin yarışında təmsilçimiz, 59 kq çəki dərəcəsində mübarizə aparan Elman Muxtarov 3-cü yer uğrunda mübarizədə Ermənistan təmsilçisi Roman Amoyanı vaxtından əvvəl tam qələbə ilə məğlub edərək Avropa Oyunlarının bürünc medalına sahib olub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər