Əfran İsmayılov 226 gündən sonra ayıldı

Əfran İsmayılov 226 gündən sonra ayıldı

Əfran İsmayılov "qol orucu"nu pozub. Fanat.az xəbər verir ki, "Xəzər Lənkəran"ın yarımmüdafiəçisi 226 gündən sonra rəqib qapısına yol tapıb.

Əfran "Neftçi" ilə dünən baş tutan matçın 35-ci dəqiqəsində komandasının ikinci qoluna imza atıb. Futbolçu sonuncu dəfə 2013/14 mövsümünün bu ilin 12 aprelinə təsadüf edən "Bakı" ilə səfər qarşılaşmasında fərqlənmişdi. Əfran həmin mağçda dubla imza atmışdı. Aprelin 12-də sonuncu qolunu vuran futbolçu 226 gündən sonra bu sevinci yenidən yaşayıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər