Əfqanıstan və Pakistan milliləri 36 ildən sonra üz-üzə

Əfqanıstan və Pakistan milliləri 36 ildən sonra üz-üzə

Əfqanıstanda son 10 ildə ilk dəfə beynəlxalq futbol matçı keçiriləcək. Fanat.az xəbər verir ki, ölkə yığması öz meydanında Pakistan millisini qəbul edəcək.

Yoldaşlıq görüşü avqustun 20-də 6 min tamaşaçı tutumuna malik Kabul stadionunda baş tutacaq. Əfqanıstan və Pakistan milliləri sonuncu dəfə 36 il əvvəl elə bu şəhərdə üz-üzə gəliblər.

Qeyd edək ki, bu günkü oyun üçün satışa çıxarılan biletlər dərhal alınıb. Qarşılaşmanı televiziya vasitəsilə milyonadək tamaşaçının izləyəcəyi gözlənilir. Matç gücləndirilmiş təhlükəsizlik tədbirləri şəraitində keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər