Eddi İsrafilov: "Elə bir komandaya keçmək istəyirəm ki..."

Eddi İsrafilov: "Elə bir komandaya keçmək istəyirəm ki..."
"Karyeramı harada davam etdirəcəyimi hələ bilmirəm. Bütün işlərimlə menecerim məşğul olur". Fanat.az хəbər verir ki, bu sözləri milli komandamızın üzvü Eddi İsrafilov deyib.
İspaniyanın "Qranada" klubu "Mursiya"dan icarəyə götürdüyü futbolçumuzu heyətində saхlamayıb. İndi Eddinin karyerasını hansı klubda davam etdirəcəyi bilinmir. İsrafilov ideal.es-ə açıqlamasında indi daha çoх fiziki forması ilə maraqlandığını bildirib: "Hazırda məni daha çox fiziki formam narahat edir. Çünki zədəmi yeni sağaltmışam və bu üzdən fiziki kondisiyalarımı yaxşılaşdırmağıma ehtiyac var. Yeni klubuma gəlincə, elə bir komandaya keçmək istəyirəm ki, orada oynaya bilim və gələcək üçün hər şey yaxşı olsun".
Eddinin хidmətində maraqlı olan klublardan biri "Almeriya"dı. Futbolçumuz özü elə Almeriyada dünyaya gəlib. İsrafilov bu komandaya simpatiyasının olduğunu bildirib: "İmkan olan kimi bu komandanın oyunlarına gedirəm. Amma "Almeriya"ya keçəcəyimə dair dəqiq bir söz deyə bilmərəm. Bilirəm ki, yaxşı komandadı, yaxşı baş məşqçisi var. Vaxtilə Sequnda Liqada onlara qarşı oynamışam".
Eddi İspaniyanın üçüncü liqasında çıfxış edən "Mursiya"ya qayıtmaq fikrində olmadığını bəyan edib: "Sequnda B-də çıxış etməkdə nə mən, nə də klub maraqlıdı".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər