“Lüksemburq və Azərbaycanla qarşılaşmaların önəmini hamı yaxşı dərk edir. Deməli, kimisə oyuna xüsusi kökləmək lazım gəlməyəcək”. Fanat.az xəbər verir ki, bu sözləri Yuri Jirkov deyib.
Moskva “Dinamo”sunun və Rusiya yığmasının təcrübəli futbolçusu DÇ-2014-ün seçmə mərhələsinin oktyabrın 11-də Lüksemburq, 15-də Azərbaycanla səfərdə baş tutacaq qarşılaşmaları haqda fikirlərini açıqlayıb: “Axı ortada dünya çempionatına vəsiqə var. İndi hamı futbol oynamağı öyrənib. Hətta dünənki autsayderlər də problem yaratmağı bacarır. Lüksemburq da belə komandadı. Lakin bizə də qələbə lazımdı”.
Fanat.az