Cüneyt Çakır əməliyyat olundu

Cüneyt Çakır əməliyyat olundu

Türkiyəli FİFA referisi Cüneyt Çakır əməliyyat olunub. Fanat.az xəbər verir ki, ünlü hakim Türkiyə Superliqasının XII turu çərçivəsində keçirilən "Gənclərbirliyi" - "Karabükspor" matçının fasiləsində özünü pis hiss edib.

Dərhal xəstəxanaya çatdırılan Çakırın ağciyərinə hava dolduğu məlum olub. Həkimlərin rəyinə əsasən hakimi əməliyyat etmək qərara alınıb.

Təcrübəli ədalət təmsilçisi bıçaq altından uğurla çıxıb və artıq ev şəraitinə köçürülüb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər