Con Toşak "İnter"lə oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Xəzər Lənkəran"ın uelsli baş məşqçisi məğlubiyyətə layiq olmadıqlarını deyib:
"Oyuna çox yaxşı başlamışdıq. Amma rəqibə erkən qol vurmağa şərait yaratdıq. Lakin erkən qol "hədiyyə"si etdik. Uşaq səhvindən qol buraxdıq. Hesabda geri düşdükdən sonra isə rəqib qapısına doğru hər tərəfdən hücumlar təşkil etsək də, cəhdlərimiz bir nəticə vermədi. "İnter" erkən qol vurub müdafiəyə qapandı. Təəssüf ki, yaradılan imkanlardan istifadə edə bilmədik. Biz məğlub olmağa layiq deyildik. Komandamın oyunundan razıyam. Meydança bərbad vəziyyətdə idi, istədiyimiz oyunu göstərə bilmədik".
Qeyd edək ki, "Xəzər Lənkəran" "İnter" 0:1 hesabı ilə yenilib.