Con Toşak "Rəvan"la oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Xəzər Lənkəran"ın uelsli baş məşqçisi təəccübləndiyini bildirib:
"35 ildi futboldayam, 7 ayrı ölkədə çalışmışam, amma belə bir şey görməmişəm. Çoxlu qol imkanlarımız oldu, bu qədər epizodla 5 oyunda qələbə qazana bilərdik. Sanki, top qapıdan keçmək istəmirdi. İki xal itirdiyimizi düşünürəm. Bizdə belə bir deyim var; "Atı su içməyə aparırsan, əgər su içmirsə, sən nə edə bilərsən?". Mən indi meydana çıxıb qol vurmayacam ki?".