Cihan Özkara oynadı, 6 qol vuruldu

Cihan Özkara oynadı, 6 qol vuruldu

Türkiyə Super Liqasında VI turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, millimizin hücumçusu Cihan Özkaranın çıxış etdiyi "Sivasspor" "Elazığspor"un qonağı olub.

Oyun olduqca dramatik alınıb. Belə ki, "Sivasspor" ilk yarıda iki qol vuraraq, önə keçib. İkinci yarının ilk 15 dəqiqəsində üstünlüyü əldən verən Roberto Karlosun yetirmələri sona 16 dəqiqə qalmış daha 2 qol vuraraq 4:2 hesablı qələbə qazanıblar. "Sivasspor"dan ilk qolun müəllifi Manuel da Koşta 68-ci dəqiqədə qırmızı vərəqə alıb. "Elazığspor"dan isə Çağlar Birinci son dəqiqələrdə meydandan qovulub. 60-cı dəqiqədə penaltidən "Elazığspor"un ikinci qoluna imza atan Tidiane Sane 84-cü dəqiqədə penaltini boşa verib.

Cihan Özkara da matçın iştirakçısı olub. Karlos millimizin üzvünü 90+2-cı dəqiqədə Aydın Karabulutun əvəzinə meydana buraxıb. 

Qeyd edək ki, "Sivasspor" 6 turda 9 xal toplayıb və turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Türkiyə 

Super Liqa

VI tur

29 sentyabr

Elazığspor - Sivasspor 2:4

Qollar: Ahmet Görk, 50. Tidiane Sane, 60-pen - Manuel da Koşta, 4. Con Utka, 17. Aatif Çaheçuhe, 76; 89.

Sivasspor: Korcan Çelikay, Çiçinyo, Manuel da Koşta, Ziya Erdal, Ümit Kurt, Kadir Bekmezci, Burhan Eşer (Murat Akça, 69), Aydın Karabulut (Cihan Özkara, 90+2), Mehdi Taouil, Aatif Çaheçuhe, Con Utaka (Rafik Cebbur, 62).

Ehtiyat oyunçular: Nihat Şahin, Abdurrahman Dereli, Eren Aydın, Hakan Arslan.

Qırmızı vərəqələr: Cağlar Birinci, 90 - Manuel da Koşta, 68.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər