Türkiyə Super Liqasında VII turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, millimizin üzvü Cihan Özkaranın çıxış etdiyi "Sivasspor" "Gənclərbirliyi"ni qəbul edib.
Oyun Sivas təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Cihan 79-cu dəqiqədə Burhan Eşeri əvəzləyib və 11 dəqiqə oynayıb.
Qeyd edək ki, "Sivasspor" 7 turdan sonra 12 xalla 7-ci pillədə qərarlaşıb.