Cəfərov qürrələndi, Qasımov bəhanə tapdı

Cəfərov qürrələndi, Qasımov bəhanə tapdı
Azərbaycan Kubokunun 1/8 final mərhələsinin "İnter" - "Şuşa" (7:0) oyunundan sonra baş məşqçilər fikirlərini bildirib: 
Roman Cəfərov ("İnter"in məşqçisi): "Səviyyə baxımdan rəqibdən üstün idik. Hesabdan və oyundan razı qaldıq. Daha çox qol vura bilərdik. Növbəti mərhələyə keçdiyimiz üçün şadam".
Nadir Qasımov ("Şuşa"nın baş məşqçisi): "Komanda çox zəif oynadı. Həftədə iki oyun oynamaq bizim üçün çətindi. Xüsusən də, “İnter” kimi komandaya qarşı. Əsas müdafiəçilərin zədəli olması, çempionatda ardarda üç ağır oyun keçirməyimiz özünü göstərdi. Hesab da göstərdi ki, komanda lazımi səviyyədə deyil".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər