Misli Premyer Liqasında 8-ci tur davam edir.
Fanat.Az xəbər verir ki, bu gün daha 2 görüş baş tutacaq.
"Qəbələ" evdə "Sabah"la üz-üzə gələcək. Qəbələdə keçiriləcək oyunu Əliyar Ağayev idarə edəcək.
Turun mərkəzi oyununda isə “Qarabağ” “Neftçi” ilə qarşılaşacaq. Əzəli rəqiblərin oyununda ədaləti Kamal Umudlu qoruyacaq.
Daha öncə “Şamaxı” “Şəfa”ya (3:2), “Sumqayıt” “Araz-Naxçıvan”a (2:1) qalib gəlib. “İmişli” – “Turan Tovuz” və “Kəpəz” – “Zirə” oyunları sabah keçiriləcək.
Misli Premyer Liqası
8-ci tur
17 oktyabr
“Qəbələ” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Namiq Bəkirov.
VAR: Rəşad Əhmədov.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Qəbələ şəhər stadionu, 16:00.
“Qarabağ” – “Neftçi”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Fərid Hacıyev.
VAR: Əli Əliyev.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Erkin Hüsyenov
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.