“Barselona” hücumçu istəyinə İngiltərədən nail oldu

“Barselona” hücumçu istəyinə İngiltərədən nail oldu
“Barselona” (Barcelona) hücum xəttini gücləndirmək üçün “Bornmut”un (Bournemouth) fransalı futbolçusu Eli Junior Krupi (Eli Junior Kroupi) ilə maraqlanır.
Fanat.Az xəbər verir ki, informasiyanı “Yahoo Sports” yayıb.
Məlumata görə, Kataloniya təmsilçisi yay transfer pəncərəsində Xulian Alvaresi (Julián Álvarez, Julian Alvarez) heyətinə qatmaq istəyib. Lakin bu keçid baş tutmadığından klub alternativ hücumçuları nəzərdən keçirir. Krupi də həmin namizədlər arasındadır.
“Barselona” hücumçu istəyinə İngiltərədən nail oldu
“Barselona”nın idman rəhbərliyi 20 yaşlı hücumçunun potensialını yüksək qiymətləndirir. Klubun nümayəndələri futbolçunun ətrafı ilə əlaqə saxlayıb və onun gələcək transferini dəyərləndirirlər.
Bununla belə, mümkün keçiddə əsas maneələrdən biri transfer məbləğidir. “Bornmut”un gənc futbolçu üçün 100 milyon avrodan çox vəsait tələb etdiyi bildirilir. İngiltərə klubu ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədə olan Krupiyə digər Premyer Liqa təmsilçilərinin də maraq göstərdiyi qeyd olunur.
Qeyd edək ki, Krupi 2025/2026 mövsümündə Premyer Liqada 33 oyunda 13 qol vurub. O, yayda ayağından zədə alaraq əməliyyat olunub və “Barselona” onun gələcək vəziyyətini yaxından izləyir.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər