FIFA U-20 dünya çempionatı 2027-nin brendi Bakıda nümayiş olundu

FIFA U-20 dünya çempionatı 2027-nin brendi Bakıda nümayiş olundu
FIFA U-20 dünya çempionatı 2027-nin rəsmi brendi Bakının simvolik məkanlarından olan Qız Qalasında, həmçinin Bakı Olimpiya Stadionunda xüsusi proyeksiya ilə nümayiş etdirilib.
Fanat.Az xəbər verir ki, informasiyanı AFFA-nın mətbuat xidməti yayıb.
Məlumata görə, layihə çərçivəsində turnirin rəsmi emblemi və brend elementləri hər iki məkanda xüsusi vizual effektlərlə təqdim olunub.
Qeyd edək ki, 2027-ci ildə U-20-lər arasında keçiriləcək dünya çempionatına Azərbaycan və Özbəkistan birgə ev sahibliyi edəcəklər.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər