Cavid İmamverdiyev 3 xala sevindi

Cavid İmamverdiyev 3 xala sevindi

Türkiyənin PTT 1-ci liqasında X turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Cavid İmamverdiyevin çıxış etdiyi "Elazığspor" "Altınordu"nu qəbul edib.

Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Cavid start heyətində yer alıb və 83-cü dəqiqədə David Kılınç tərəfindən əvəzlənib. "Altınordu"da forma geyinən TimurTemeltaş isə yenə meydana çıxmayıb. Uzun müddətdi zədədən əziyyət çəkən 21 yaşadək futbolçulardan ibarət yığmamızın sabiq üzvü hələ sağalmayıb.

Qeyd edək ki, "Elazığspor" 10 turdan sonra 15 xalla turnir cədvəlinin 6-cı, "Altınordu" 11 xalla 10-cu pilləsində qərarlaşıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər