Burak Yılmaz "Beşiktaş"dan ayrılmağa qərar verib.
Fanat.Az xəbər verir ki, 35 yaşlı futbolçu yeni mövsümdən karyerasını Fransanın "Lill” klubunda davam etdirəcək.
Türkiyə mətbuatının məlumatına görə, təcrübəli forvard artıq həm "Beşiktaş”la, həm də Fransa təmsilçisi ilə bütün məsələlərdə razılığa gəlib. Superliqanın son turu çərçivəsində "Gənclərbirliyi” ilə görüşdə sonuncu dəfə "Beşiktaş” formasıyla meydana çıxacaq Burak klubdan almalı olduğu 12 milyon TL-nin 4 milyonundan imtina etməklə azad agent statusu əldə edəcək. Bu üzdən də "Lill” "Beşiktaş”a bu transfer qarşılığında heç bir məbləğ ödəməyəcək. Yılmaz Liqa 1 təmsilçisi ilə iki illik müqavilə bağlayacaq.
Burak bu mövsüm "Beşiktaş”ın heyətində meydana çıxdığı oyunlarda 13 qol vurub. O, "Lill”də forma geyinən Zeki Çelik və Yusuf Yazıcıdan sonra Fransa klubunun heyətinə qatdığı üçüncü türk futbolçu olacaq.
Fanat.Az