Brunu Fernandeşdən Sulşerə təşəkkür

Brunu Fernandeşdən Sulşerə təşəkkür

"Mançester Yunayted"in yarımmüdafiəçisi Brunu Fernandeş baş məşqçi postundan uzaqlaşdırılan Ule Qunnar Sulşerə müraciət edib. 

Fanat.Az xəbər verir ki, bu barədə 27 yaşlı portuqaliyalı futbolçu "Instagram" səhifəsində yazıb. 

"Daha əvvəl də dediyim kimi, bu vəziyyətdə hamımız günahkarıq. Mənim üçün elədiklərinizi nəzərə alsaq, nə qədər minnətdarlıq etsəm də, azdır. Mənə inandığınız və "Mançester Yunayted"də şans verdiyiniz üçün təşəkkür edirəm. Sizə və ailənizə hər şeyin ən yaxşısını arzu edirəm". 

Qeyd edək ki, "Uotford"a 1:4 hesabı ilə məğlub olduqdan sonra "Mançester Yunayted" rəhbərliyi Ule Qunnar Sulşeri baş məşqçi postundan azad edib.

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər