Brunu Fernandeş Ronaldunun ləhcəsini məsxərəyə qoydu

Brunu Fernandeş Ronaldunun ləhcəsini məsxərəyə qoydu

"Mançester Yunayted"in yarımmüdafiəçisi Brunu Fernandeş (Bruno Fernandes) həmyerlisi və komanda yoldaşı Kriştianu Ronaldunun (Cristiano Ronaldo) ləhcəsinə zarafatla "ilişib". 

Fanat.Az xəbər verir ki, Brunu Manchester Evening News" saytına açıqlamasında Ronaldu haqda bunları söyləyib:

“Bəzən Jessi Linqard (Jessey Lingard) və Markus Reşfordun (Marcus Rashford) nə danışdıqlarını anlamaq çətindir. Portuqal dilində də vəziyyət eynidir. Ronaldudan da soruşsanız, o, mənim və Dioqo Dalotun fərqli danışdığımızı deyəcək. 

Kriştianunun danışıq tərzi portuqal dilinin ən pis ləhcələrindən biridir. (gülür)... Ronaldu Madeyradandır. And içirəm ki, portuqaliyalılar bu adadan olanların nə dediyini anlamırlar!”

Qeyd edək ki, Kriştianu Ronaldu "Mançester Yunayted"ə bu ilin yayında "Yuventus"dan transfer olunub. 

Xatırladaq ki, "Mançester Yunayted" İngiltərə Premyer Liqasında 14 xalla 8-ci pillədə qərarlaşıb. 

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər