“Boksda məğlub olmaq, həm də döyülmək deməkdi”

“Boksda məğlub olmaq, həm də döyülmək deməkdi”
Azərbaycanlı peşəkar boksçu Fariz Məmmədov jurnalistlərə açıqlamasında "AİBA Pro Boxing" turnirində Rusiya təmsilçisi Andrey Zamkovoya məğlubiyyəti haqda danışıb. Fanat.az sportpress.az-a istinadən xəbər verir ki, peşəkar boksçumuz Fariz Məmmədov rus rəqibinin 69 kq-da ən güclü boksçulardan biri olduğunu bildirib: 
“Uca boylu idmançı 2006-cı ildən sabit çıxış edir. Mənə qarşı ağılla döyüşdü və qələbə qazandı. Döyüşə hazır deyilsənsə, rinqə çıxmamalısan. Bəhanə axtarmıram. Etiraf edirəm ki, Zamkovoy qələbə qazandı. Bununla belə gələcək haqda düşünürəm. Ondan revanş almaq barədə deyil, 2016-cı ildə Braziliya keçiriləcək olimpiadaya lisenziya qazanmaq haqda fikirləşirəm. Boksda məğlub olmaq həm də döyülmək deməkdi. Rinqdə zərbələrdən qaçmaq, rəqibi nişan almaq asan deyil. Mən bu çətinliyə hər zaman hazır olmuşam. Ona məğlubiyyətdən sonra üzüm gülmür. Bilirəm ki, azarkeşlərə, dostlar və boks ictimaiyyətinə borcum var. Siz tezliklə yenidən gözlədiyiniz Farizi görəcəksiniz”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər