Premyer Liqanın VIII turunda mövmümün anti-rekordu qeydə alınıb. Fanat.az xəbər verir ki, VIII həftə ən azı qol vurulan tur olub.
Belə ki, turun 5 oyununda qapılara cəmi 2 qol vurulub. Bu isə hər matça orta hesabla 0.4 qol deməkdi. Ümumilikdə, geridə qalan 40 qarşılaşmada 93 qol qeydə alınıb (orta hesabla 2.32).
Daha bir maraqlı məqam ondan ibarətdi ki, 5 qarşılaşmada iki hesab variantı müəyyənləşib. İki matç 1:0, üç görüş isə 0:0 hesabı ilə yekunlaşıb.