"Beşiktaş" "qol ayağı"nı itirdi - RƏSMİ

"Beşiktaş" "qol ayağı"nı itirdi - RƏSMİ
Türkiyənin "Beşiktaş” klubu ciddi itki ilə üzləşib.
 
Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisinin hücumçusu Vensan Abubakar sıradan çıxıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Kamerunlu hücumçu millinin düşərgəsindən zədəli qayıdıb və buna börə bir müddət yaşıl meydanlardan kənarda qalacaq. Müalicəsinə start verilən futbolçunun bərpa müddəti açıqlanmayıb.
 
Qeyd edək ki, Vensan Abubakar bu mövsüm Superliqada 25 oyuna çıxıb, 15 qola imza atıb və 5 məhsuldar ötürmə müəllifi olub.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər