"Dünən yarışlarda gözəl bir gün oldu. 30 min tamaşaçı oyunları seyr edib. 19 yarışda ümumilikdə 84% tamaşaçı oyunları izləyib. Bu göstərici 6 sessiyada 100 %-lik göstəricidi". Fanat.az xəbər verir ki, bu sözləri "Bakı-2015"in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib.
O bildirib ki, ötən gün 13,5 min bilet satılıb: "Son 3 gündə bu göstərici 37500-ə çatıb. Bağlanış Mərasiminə 48 min bilet satılıb. Bildirmək istiyirəm ki, mərasimə biletlər artıq tükənib".
Onun sözlərinə görə, oyunlar davam edir, ancaq yarışlar bitdikcə idmançılar və rəsmilər ölkəni tərk edir.
Baş direktor bu gün 11 yarış üzrə oyunlar keçiriləcək: "Taekvondo, sinxron üzgücülük kimi yarışlar üzrə oyunlar baş tutacaq".
Fanat.az