Azərbaycanın iki sərbəst güləşçisi dünya çempionu oldu

Azərbaycanın iki sərbəst güləşçisi dünya çempionu oldu

Azərbaycanın daha bir sərbəst güləşçisi İtaliyanın paytaxtı Romada keçirilən U-17 dünya çempionatında qızıl medal qazanıb.

Fanat.Az xəbər verir ki, 65 kq çəki dərəcəsində yer alan İlyas İsayev finalda ABŞ təmsilçisi Tayler Kasak ilə qarşılaşıb. Rəqibinə 5:3 hesabıyla qalib gələn idmançımız dünya çempionu adına sahib çıxıb.

Bu, Azərbaycan sərbəst güləşçilərinin mundialda ikinci qızıl medalı olub. Daha əvvəl 48 kq çəkidəki Vasif Bağırov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

*** 20:56

Azərbaycanın sərbəst güləşçisi Vasif Bağırov İtaliyanın paytaxtı Romada keçirilən U-17 dünya çempionatında qızıl medal qazanıb.

Fanat.Az xəbər verir ki, 48 kq çəki dərəcəsində yer alan idmançı finalda ABŞ təmsilçisi Kristian Kastilyo ilə qarşılaşıb. Rəqibinə 5:3 hesabıyla qalib gələn Bağırov dünya çempionu olub

Qeyd edək ki, bu gün həmçinin 65 kq çəkidə mübarizə aparan İlyas İsayev final görüşünə çıxacaq. Həlledici dueldə onun rəqibi ABŞ-ın digər təmsilçisi Tayler Kasak olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər