Azərbaycan Qran-Prisində ilk günə yekun vuruldu

Azərbaycan Qran-Prisində ilk günə yekun vuruldu

Formula 1 və Formula 2 üzrə Azərbaycan Qran-Prisində ilk günə yekun vurulub.

Fanat.Az xəbər verir ki, Formula 1-də iki sərbəst yürüş, Formula 2-də isə sərbəst yürüş və sıralama turu baş tutub.

Formula 1-də "Red Bull" komandasının meksikalı pilotu Serxio Peres və "Ferrari"dən monakolu Şarl Lekler test yürüşlərində ən yaxşı nəticəni göstəriblər.

Formula 2-də isə "Hitech Grand Prix" komandasının estoniyalı sürücüsü Yuri Vips hər iki yarışda birinci olub.

Qeyd edək ki, Azərbaycan Formula 1 yarışlarına altıncı dəfədir ev sahibliyi edir. Avropa Qran-Prisi adlandırılan ilk yarış 2016-cı ildə təşkil olunub. Bu yarışda “Mercedes” komandasının pilotu Niko Rosberq birinci olub. Növbəti ildən Azərbaycan Qran-Prisi adını alan yarışlarda Daniel Rikkardo (“Red Bull Racing” - 2017), Lusi Hamilton (“Mercedes” - 2018), Valtteri Bottas və Luis Hamilton (“Mercedes” - 2019), Serxio Peres (“Red Bull Racing” – 2021) qalib gəliblər. 2020-ci ildə yarış koronavirus pandemiyası səbəbindən keçirilməyib. 

Azərbaycan Qran-Prisi iyunun 12-də başa çatacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər