Azərbaycan qılıncoynadanı dünya ikincisi oldu

Azərbaycan qılıncoynadanı dünya ikincisi oldu

Azərbaycan qılıncoynadanı Anna Başta Misirin paytaxtı Qahirədə keçirilən dünya çempionatında final görüşünə çıxıb.

Fanat.Az xəbər verir ki, 27 yaşlı sablyaçımız həlledici dueldə yaponiyalı Misaki Emura ilə üz-üzə gəlib.

Rəqibinə 10:15 hesabı ilə uduzan Başta gümüş medalla kifayətlənib.

*** 20:30

Azərbaycan qılıncoynadanı Anna Başta Misirin paytaxtı Qahirədə keçirilən dünya çempionatında finala vəsiqə qazanıb.

Fanat.Az xəbər verir ki, dünya reytinqinin lideri olan 27 yaşlı idmançı mübarizəyə 1/32 finaldan qoşulub. Burada Heddis Valentinə (Dominikan Respublikası) 15:9 hesabı ilə qalib gələn Başta daha sonra ardıcılııqla Medison Zurqudu (Kanada) 15:8, Martina Kriskionu (İtaliya) 15:6, Teodora Qkountaranı (Yunanıstan)  15:11, Despina Georgiadunu (Yunanıstan) 15:9 hesabı ilə yenərək həlledici görüşə vəsiqə qazanıb.

Sablyaçımızın finaldakı rəqibi yaponiyalı Misaki Emura olacaq.

Bu gün mübarizəyə qoşulan digər təmsilçilərimiz Səbinə Kərimova və Sevil Bünyatova isə 1/32 finalda məğlub olublar. Səbinə Ji Yeon Kimə (Koreya) uduzub - 12:15. Sevil isə Eloisa Passaro (İtaliya) ilə bacarmayıb - 12:15.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər