Azərbaycan Prezidentinin köməkçisi: "Araik Artunyan ağır yaralıdır"

Azərbaycan Prezidentinin köməkçisi: "Araik Artunyan ağır yaralıdır"
"Şəhər və kəndlərin hədəf alınması Ermənistanın 30 ildən çox davam edən işğalçılıq siyasətinin tərkib hissəsidir”.
Fanat.Az xəbər verir ki, bunu bu gün keçirilər brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H. Hacıyev deyib ki, Azərbaycanın şəhərlərinə kasetli bombalar atılır: "Ermənistan terrorçu dövlətdir. Azərbaycan bu hücumların heç birini cavabsız qoymur. Hazırda bu atəşin qondarma Dağlıq Qarabağ Respublikasının rəhbəri Araik Arutunyanın əmri ilə işğal olunmuş ərazilərdən endirildiyi bildirilir. Mən burdan Araik Arutunyanaya müraciət etmək istəyirəm. Ariavk Artunyan, sən bunkerdə gizlənmişdin, Azərbaycan ordusu səni orada da tapdı. Ordumuzun dəqiq zərbəsi nəticəsində Araik Arutunyan ağır yaralanıb. Digər separatçıları da eyni aqibət gözləyir”. 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər