Azərbaycan kikboksçusu Dünya Oyunlarında finala yüksəldi

Azərbaycan kikboksçusu Dünya Oyunlarında finala yüksəldi

Azərbaycan kikboksçusu Bəhram Rəcəbzadə ABŞ-ın Birminqem şəhərində keçirilən XI Dünya Oyunlarında finala vəsiqə qazanıb.

Federasiyadan Fanat.Az-a verilən məlumata görə, 91 kq-dan yuxarı çəki dəcərəsində çıxış edən idmançı yarımfinalda ukraynalı Roman Şerbatyuku məğlub edib.

Rəcəbzadənin 1/4 final mərhələsindəki rəqibi monteneqrolu Miroslav Vuyoviç rinqə çıxmayıb.

Azərbaycan təmsilçisi iyulun 15-də finalda xorvatiyalı Anto Şiriçlə üz-üzə gələcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər