Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın aktivinə növbəti qızıl medal yazılıb.
Fanat.Az xəbər verir ki, idmançımız Vladimir Dolmatov aerobika gimnastikası üzrə fərdi proqramda bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bu, Azərbaycanın İslamiadada 14-cü qızıl medalı olub.
Fərdi proqramda çıxış edən digər Azərbaycan təmsilçisi Mədinə Mustafayeva isə gümüş medala sahib çıxıb.