Azərbaycan idmançılarından Tunisdə daha üç "qızıl"

Azərbaycan idmançılarından Tunisdə daha üç "qızıl"

Azərbaycan para-atletləri Tunis Qran-Prisində daha 4 medal qazanıblar.

Fanat.Az xəbər verir ki, Tokio-2020 Yay Paralimpiya Oyunlarının bürünc mükafatçısı Səid Nəcəfzadə (T12) uzunluğa tullanma növündə 7.19 metr, Orxan Qasımov (F13) nizə atmada 62.86 metr, Elmir Cəbrayılov (T13) 400 metr məsafəyə qaçışda 51.92 saniyə nəticə göstərərək yarışın qızıl medalına sahib çıxıblar.

Uzunluğa tullanma növündə çıxış edən digər təmsilçimiz Kamil Əliyev (T12) isə 6.61 metr nəticə göstərərək üçüncü yeri tutub.

Bununla da Azərbaycan atletlərinin Tunis Qran-Prisində qazandığı medalların sayı altıya çatıb.

Qeyd edək ki, daha öncə Məhərrəm Qasımov (F11) nüvə itələmə növündə 10.13 metr və  Elmir Cəbrayılov (T13) 100 metr məsafəyə qaçışda 11.55 saniyə nəticə göstərərək turnirin qızıl medalını əldə ediblər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər