Azərbaycan güləşçisi erməninin kürəyini yerə vurdu

Azərbaycan güləşçisi erməninin kürəyini yerə vurdu

Azərbaycanın yunan-Roma güləşçisi Məzaim Mərdanov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatında erməniyə qalib gəlib.

Fanat.Az xəbər verir ki, 110 kiloqram çəki dərəcəsində mübarizə aparan yeniyetmə pəhləvan 1/4 finalda Ermənistan təmsilçisi Rafayel Tovmasyanla qarşılaşıb. Rəqibinin kürəyini yerə sıxan idmançımız adını yarımfinala yazdırıb.

Qeyd edək ki, qitə birinciliyinin ilk günündə beş yunan-Roma güləşçimiz mübarizəyə qoşulub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər