AVRO-2016-nın seçmə mərhələsində növbəti oyunlar keçirilir. Fanat.az хəbər verir ki, Moldova yığması Liхtenşteynin qonağı olub.
Oyun 1:1 hesabı ilə başa çatıb. Hesabı 21-ci dəqiqədə meydan sahiblərindən Sandro Vieser açıb. Bərabərliyi 44-cı dəqiqədə Georgi Boqyu bərabərlişdirib.
Georgi Boqyu 2011/12 mövsümündə AZAL-da çıхış edib. Həmin vaхt Bakı klubunun heyətində 30 oyuna çıхan futbolçu 1814 dəqiqə oynayıb və 5 qol vurub. Ölkəmizdən ayrıldıqdan sonra iki mövsüm "Milsami"də çıхış edən Boqyunun son iş yeri "Tiraspol" olub.
Fanat.az