Avropa "Araz"ın qarşısında aciz qaldı

Avropa "Araz"ın qarşısında aciz qaldı
Futzal üzrə UEFA Kubokunun əsas mərhələsinin oyunları davam edir. Fanat.az xəbər verir ki, Buxarestdə keçirilən 6-cı qrupun oyunlarında iştirak edən "Araz" bu gün ikinci görüşünə çıxıb.
Azərbaycan çempionu Beliçkanın "Şatelino" klubu ilə qarşılaşıb. Hesabı 14-cü dəqiqədə "Araz"dan Marko Periç açıb. Belçikalılar buna 3 dəqiqə sonra Omar Rahonın qolu ilə cavab verib. 30-cu dəqiqədə Fabiano, sona iki dəqiqə qalmış Biro Jade fərqlənərək "Araz"a qələbə qazandırıb - 3:1.
Qeyd edək ki, "Araz" ilk oyununu "Atina 90"a qarşı keçirib və 5:1 hesablı qələbə qazanıb. Komandamız son matçını oktyabrın 5-də "Tarqu Mureş"ə (Rumıniya) qarşı keçirəcək.
Futzal
UEFA Kuboku
6-cı qrup
3 oktyabr
Şatelino (Belçika) - Araz (Azərbaycan) 1:3
Qollar: Omar Raho, 17 - Marko Periç, 14. Fabiano, 30. Biro Jade, 38.
Şatelino: Joevin Durot, Liliu, Kərim Çaybay (k), Lusio, Omar Raho. Klodoaldo Redivo, Jerome Baldan, Nikolas Trussart, Sebastian Desviysen, Valentin Duzakuyer, Andre, Emre Arslan.
Baş məşqçi: Kristian Vavadio.
Araz: Laersio Buranello, Felipe, Edu, Rafael, Vitali Borisov (k). Elnur Zamanov, Marko Periç, Fabiano, Biro Jade, Elnur Qəmbərov, Ramiz Çovdarov, İsa Atayev, Amadeu, Davi.
Baş məşqçi: Joze Alesio.

1

Araz

2

2

0

0

8-2

6

2

Şatelino

2

0

1

1

7-9

1

3

Tarqu Mureş

1

0

1

0

6-6

1

4

Atina 90

1

0

0

1

1-5

0

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər