Futbol üzrə Türkiyə PTT Birinci Liqasında 8-ci turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, azərbaycanlı futbolçuların çıxış etdiyi “Dənizlispor” klubu da növbəti matçına çıxıb.
Azərbaycan millisinin yarımmüdafiəçisi Arif İsayevlə müdafiəçi Saşa Yunisoğlunun heyətində yer aldığı bu komanda evdə “Adanaspor”la qarşılaşıb. Görüşdə hesab açılmayıb.
Qeyd edək ki, “Denizlispor” hazırda 5 xalla 17-ci pillədə qərarlaşıb.
Fanat.az