Türkiyə Kubokunda II turun oyunları davam etdirilir. Fanat.az xəbər verir ki, Arif İsayevlə Saşa Yunisoğlunun çıxış etdiyi "Dənizlispor" bu gün meydana çıxıb.
Dənizli təmsilçisi "Manavqat Evrensekispor" klubunu qəbul edib. Oyun qonaq komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da çempionatda uğursuz çıxış edən "Dənizlispor" kubokda da mübarizəni dayandırıb.
Kubok oyunu olduğundan "Dənizlispor"un məşqçilər korpusu əsas heyətin əksər üzvlərinə, o cümlədən son çempionat oyununda 90 dəqiqə oynayan Saşa Yunisoğluna istirahət verib. Çempionatdakı axırıncı matçda 55 dəqiqə meydanda olan Arif İsayev isə start heyətində yer alıb və 46-cı dəqiqədə Cihan Özkaymak tərəfindən əvəzlənib.
Türkiyə
Kubok, II tur
1 oktyabr
Dənizlispor - Manavqat Evrensekispor 1:2
Qollar: Ahmet Arı, 70 - Çağrı Tekin, 5. Ayhan Gürbüz, 44.
Dənizlispor: Göksal Ökara, Emincan Konuk (Levent Demiray, 46), Süleyman Çelikyurt, Bülent Ertoğrul, Mehmet Cansın, Barış Örücü, Mert Çakar, Şevki Çınar, Kahe, Ahmet Arı, Arif İsayev (Cihan Özkaymak, 46).
Ehtiyat oyunçular: Ceyhun Demircan, Onur Alkan, Muhammed Şimmet, Fatih Yılmaz, Orhan Aktaş.