Aqil Məmmədov "İnter"lə oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Sumqayıt"ın baş məşqçisi müdafiəçilərin səhvələrə yol verdiyini deyib:
"Rəqib komandanı qələbə ilə təbrik edirəm. “İnter”də qələbə istəyi bizdən daha çox idi, ona görə də qalib gəldilər. Müdafiədə də səhvlərimiz oldu. Aqşin Muxtaroğlunun zədəsi olduğu üçün əsas heyətdən kənarda qalmışdı, bu həftə komanda ilə məşqlərə başlayıb. Elşən Adbullayev isə bir neçə oyunda əsas heyətdə meydana çıxdı, yorğun olduğu üçün ehtiyatdadı".