İspaniya La Liqasının növbəti turu çərçivəsində səfərdə "Levante" ilə qarşılaşacaq Madrid "Real"ının baş məşqçisi Karlo Ançelotti Məsut Özilə ehtiyacları olmadığını bildirib. Fanat.az xəbər verir ki, italiyalı mütəxəssis klubun probleminin hücumda yox, müdafiədə olduğunu bildirib:
"Bizim hücumda bir problemimiz yoxdu. Buna görə də, Özilə ehtiyacımız olduğunu düşünmürəm. Əsas problemimiz stabil oynamamağımız və rəqibə xeyli qol imkanı yaratmağa imkan verməyimizdi".