21 yaşlılardan ibarət millimiz son toplanış zamanı Maltada olarkən xoşagəlməz hal yaşanıb. Fanat.az rekord.az-a istinadən xəbər verir ki, gənclər komandamızın adının açıqlanmasını istəməyən üzvlərindən birinin verdiyi açıqlamaya görə, baş məşqçi Bernhard Lippert ədəbsiz hərəkəti ilə onları təhqir edib.
Toplanış zamanı Lippertin qulağına söz çatıb ki, azərbaycanlı futbolçular gəlmələrin səviyyəsindən narazıdı. Baş məşqçi bu məsələni iclasda qaldırıb və bildirib ki, komanda daxilində belə söhbəətlərə yol verməyəcək. O, hətta sərt şəkildə deyib ki, "bu komandada mən istədiyim futbolçular oynayır və əcnəbilərdən narazı olanlar mənim ... yeyir".
Xatırladaq ki, bu, Lippertin tərbiyəsizliyi ilə bağlı ilk belə hal deyil. Bir dəfə o, futbolçular məşq edən zaman təbii ehtiyaclarını qazonun kənarında yerinə yetirməklə də tərbiyəsini göstərmişdi.
Fanat.az