Ali Gökdemir "fərqləndi, "Hannover" uduzdu

Ali Gökdemir "fərqləndi, "Hannover" uduzdu
Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, millimizin üzvü Ali Gökdemirin çıxış etdiyi "Hannover 96"nın ikinci komandası "Neumünster"i qəbul edib.
Oyun qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin üzvü meydana start heyətində çıxıb və 90 dəqiqə oynayıb. Gökdemir 57-ci dəqiqədə sarı vərəqə alıb.
Qeyd edək ki, Regional Liqanın şimal zonasında çıxış edən "Hannover 96"nın ikinci komandası 9 oyundan sonra 10 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər