Azərbaycan milli komandasının oktyabrın 5-dən 15-dək Bakı şəhərində təşkil olunacaq təlim-məşq toplanışına dəvət edilmiş Ali Gökdəmir komandanın hazırlıq prosesinə qoşulacağı vaxt müəyyənləşib. Fanat.az xəbər verir ki, "Hannover 96"nın ikinci komandasında çıxış edəcək futbolçu Bakıya oktyabrın 7-də gələcək.
Gökdemirin Bakıya gec gəlməsinə səbəb komandasının ayın 6-da oyununun olmasıdı. Belə ki, "Hannover 96" həmin gün Regional Liqada "Oldenburq"la səfər matçına çıxacaq.
Qeyd edək ki, yığmanın digər legionerlərinin Bakıya gələcəyi tarix bundan əvvəl açıqlanmışdı. Belə ki, Ufuk Budak (Eskişəhərspor A2) və Rüfət Dadaşov (Kayzerslautern II) toplanışda oktyabrın 6-dan, Ruslan Abışov (Rubin) və Cihan Özkara (Sivasspor) oktyabrın 7-dən etibarən iştirak edəcək.