Arda Turanın “Qalatasaray”a transferi əsas müzakirə mövzularından biri olaraq qalır. Fanat.az xəbər verir ki, Türkiyə mətbuatı transferlə bağlı Ünal Aysalın keçmiş həyat yoldaşı Ahu Aysaldan açıqlama alıb.
Həmkarlarımız prezidentin keçmiş zanımından transferin reallışıb-reallaşmayacağını öyrənməyə çalışıb. Ahu xanımın isə cavabı belə olub: “Biz də bunu Ünaldan (Ünal Aysal) soruşuruq. Amma o gülərək bir söz demir. Ortada inanılmaz pullar var. 50 milyon avrodan danışılır. Bu pulu kimin verəcək cəsarəti var. Dünyada bir tək Arda yoxdu. Mən futboldan anlamıram. Amma məncə bu qədər pulu lazımsız yerə xərcləmək olmaz”.