Adams: "Sneyder ehtiyatlı olsun"

Adams: "Sneyder ehtiyatlı olsun"
"Eurosport" şərhçitlərindən olan ingilis Tom Adams "Qalatasaray"ın yeni baş məşqçisi Roberto Mançinini dəyərləndərib. Fanat.az xəbər verir ki, şərhçi Türkiyə klubunun düzgün seçim etdiyini bildirib: 
Adams Sneyderə xəbərdarlıq edib: "Mançini "Qalatasaray" üçün mükəmməl bir seçim oldu. İtalyan baş məşqçisi işlədiyi bütün klublarda kubok qazanıb. Böyük klublarda böyük futbolçuları idarə etməyi yaxşı bilir. Çalışdığı komandalar bəlkə gözəl oyun oynamır, amma qazanmağı bacarır. "Mançester Siti"də Mario Balotelli və Karlos Tevezlə tez-tez problemləri olurdu. Bu üzdən "Qalatasaray"ın holland ulduzu Uesli Sneyder bir az diqqətli olmalıdı".
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər